...

ABŞ nümayəndə heyəti Tramp-Kim görüşünün hazırlanması üçün Şimali Koreyaya gəlib

Dünya xəbərləri Materials 28 May 2018 00:22 (UTC +04:00)
ABŞ nümayəndə heyəti ölkə prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün hazırlanması üçün Şimali Koreyaya gəlib
ABŞ nümayəndə heyəti Tramp-Kim görüşünün hazırlanması üçün Şimali Koreyaya gəlib

Bakı. Trend:

ABŞ nümayəndə heyəti ölkə prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün hazırlanması üçün Şimali Koreyaya gəlib.

Trend-in "The Washington Post" qəzetinə istinadən verdiyi məlumata görə, sammitə hazırlığa ABŞ tərəfindən 2005-ci ildə Şimali Koreyanın denuklearizasiya danışıqlarında iştirak edən ABŞ-ın Cənubi Koreyada sabiq səfiri Son Kim rəhbərlik edir.

Sabiq səfirdən əlavə nümayəndə heyətində milli təhlükəsizlik şurasının üzvü və Cənubi Koreya və Şimali Koreya məsələləri üzrə mütəxəssis Elison Xuker və Şərqi Asiya məsələləri üzrə ABŞ müdafiə nazirinin köməkçisiRendall Şrayver yer alıblar.

Qəzetin məlumatına əsasən, ABŞ nümayəndələrinin Şimali Koreya rəsmiləri ilə danışıqları mayın 28-29-u davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti