...

Suriyada ötən sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb

Dünya xəbərləri Materials 28 May 2018 06:35 (UTC +04:00)
Suriyada ötən sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb
Suriyada ötən sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb

Bakı. Trend:

Suriyada ötən sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb.

Trend-in məlumatına görə, bunu Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzinin rəisi general-mayor Yuriy Yevtuşenko brifinq zamanı deyib.

Y.Yevtuşenko bildirib: "Ötən sutka ərzində Xoms əyalətinə öz evinə 219 nəfər, Şərqi Qutada 115 nəfər öz evinə qayıdıb".

Onun sözlərinə görə, ümumilikdə qaçqınlar üçün düşərgələrədən öz evinə 66 min 717 Şərqi Quta sakini qayıdıb.

Y.Yevtuşenko qeyd edib ki, Rusiya hərbi həkimləri sutka ərzində 37-si uşaq olmaqla 58 nəfərə tibbi yardım göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti