...

Böyük Britaniyada ağır qəza: 14 yaralı

Dünya xəbərləri Materials 30 May 2018 03:18 (UTC +04:00)
Böyük Britaniyada avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.
Böyük Britaniyada ağır qəza: 14 yaralı

Bakı. Trend:

Böyük Britaniyada avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

Trend-in “Sky News” agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Kent qraflığının Dartdord şəhərində baş verib.

25 avtomobilin zədələndiyi qəza nəticəsində 14 nəfər yaralanıb. Onlara yerində tibbi yardım göstərilib.

Yerli polis bildirir ki, təhlükəli idarəetmə ilə əlaqədar şübhəli şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti