Bakı. Trend:
Səudiyyə Ərəbistanının Et-Taifa şəhərinin mərkəzində iki naməlum şəxs yol polisinə hücum edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yol polisi əməkdaşı həlak olub. Hücum edən şəxslər hadisə yerindən qaçıb.
Məlumata əsasən, daha sonra polislər hücum edən şəxsləri aşkarlayıb. Onlar polislərə silahlı müqavimət göstərib. Onlardan biri polislərdən tərəfindən güllələnib və yaralı ələ keçirilib. Degər cinayətkar isə yenidən qaçıb.
Atışmada bir neçə polis əməkdaşının yaralandığı bildirilir.