Bakı. Trend:
Meksikanın Sonora ştatında ağır yol qəzası baş verib.
Trend-in "Nacional" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində ən azı 9 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.
Qeyd olunur ki, sərnişin avtobusu Kaborka və Sonoyta şəhərləri arasında yolda aşıb. Xəsarət alanlar arasında azyaşlılar da var.