...

"Kris" tropik fırtınası iyulun 12-si Kanada sahillərinə çata bilər

Dünya xəbərləri Materials 9 İyul 2018 05:23 (UTC +04:00)
ABŞ-ın Şimali Karolina ştatından təxminən 245 kilometr aralıda formalaşan "Kris" tropik fırtınası iyulun 12-si Kanada sahillərinə çata bilər
"Kris" tropik fırtınası iyulun 12-si Kanada sahillərinə çata bilər

Bakı. Trend:

ABŞ-ın Şimali Karolina ştatından təxminən 245 kilometr aralıda formalaşan "Kris" tropik fırtınası iyulun 12-si Kanada sahillərinə çata bilər.

Trend-in məlumatına görə, bu barədə Kanadanın Milli Meteorologiya Bürosunda bildiriblər.

Büronun məlumatında deyilir: "Bu gün ABŞ-ın Şimali Karolina ştatı sahillərində "Kris" tropik fırtınası formalaşıb. İyulun 10-u axşam və ya iyulun 11-i səhər fırtına qasırğa gücü toplaya bilər və iyulun 12-si Kanadanın Yeni Şotlandiya əyaləti sahillərinə çata bilər".

ABŞ-ın qasırğaların müşahidəsi üzrə milli mərkəzin məlumatına görə, hazırda fırtınanın mərkəzində küləyin sürəti saniyədə 18 metr təşkil edir və o demək olar ki, hərəkətsizdir. Lakin ABŞ meteoroloqlarının proqnozlarına əsasən, fırtına güclənəcək və ölkənin Atlantik sahili boyunca şimal-şərq istiqamətində hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti