...

İsrail Qəzza sektoruna qaz və yanacaq tədarükünü dayandırdı

Dünya xəbərləri Materials 17 İyul 2018 16:01 (UTC +04:00)
İsrail Qəzza sektoruna qaz və yanacaq tədarükünü dayandırdı.
İsrail Qəzza sektoruna qaz və yanacaq tədarükünü dayandırdı

Bakı. Trend:

İsrail hakimiyyəti iyulun 17-dən 22-dək Qəzza sektoruna qaz və yanacaq tədarükünün dayandırılmasına qərar verib.

Bu barədə Trend İsrailin "Yedioth Ahronoth" qəzetinə istinadən məlumat verir.

Belə bir addım HƏMAS-ın davamlı olaraq terror aktı törətmək cəhdləri ilə əlaqələndirilir.

Bu cəhdlərlə əlaqədar olaraq İsrailin müdafiə naziri Aviqdor Liberman "Kərəm-Şalom" nəzarət-buraxılış məntəqəsinin bağlanmasına qərar verib. Dərman vasitələri və ərzaq məhsulları isə tədarük fərdi əsasda təsdiq olunduqdan sonra Qəzza sektoruna buraxılacaq.

Bundan başqa, İsrail Dövləti Qəzza sektoru üçün Aralıq dənizi sularında balıqçılq zonasını 6-dan 3 dəniz milinə qədər azaltmaq barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti