...

Albaniyada NATO-nun Balkanlarda ilk hərbi bazası tikiləcək

Dünya xəbərləri Materials 5 Avqust 2018 01:17 (UTC +04:00)
Albaniya NATO-nun Balkanlarda ilk hərbi bazasını Kuçova şəhərində tikmək niyyətindədir
Albaniyada NATO-nun Balkanlarda ilk hərbi bazası tikiləcək

Bakı. Trend:

Albaniya NATO-nun Balkanlarda ilk hərbi bazasını Kuçova şəhərində tikmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Edi Rama öz "Facebook" səhifəsində yazıb.

Baş nazir bildirib: "Şimali Atlantika Şurası Qərbi Balkanlarda ilk hərbi bazanı Albaniyada tikmək qərarını qıbul edib".

Onun sözlərinə görə, NATO-nun layihənin ilk hissəsində sərmayəsi 50 milyon avro təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti