...

Çeçenistanda polislərə daha bir hücum

Dünya xəbərləri Materials 20 Avqust 2018 16:29 (UTC +04:00)
Çeçenistanın Qroznı şəhərində polis əməkdaşlarına növbəti hücum olub.
Çeçenistanda polislərə daha bir hücum

Bakı. Trend:

Çeçenistanın Qroznı şəhərində polis əməkdaşlarına növbəti hücum olub.

Trend-in məlumatına görə, Qroznının Lenin rayonunda naməlum şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürüb.

Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub. Hücum edən şəxs zərərsizləşdirilib.

Xatırladaq ki, bu gün, həmçinin Şali rayonunda iki naməlum şəxs polis bölməsinə soxulmağa cəhd edib.

Hadisə bu gün yerli vaxtla saat 10 radələrində baş verib. Naməlum şəxslər bıçaqla bölməyə gələrək iki polis əməkdaşına xəsarət yetiriblər.

Onlar cavab atəşi ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti