Bakı. Trend:
Amerikalıların əksəriyyəti ABŞ prezidenti Donald Trampın hərbi-kosmik qüvvələrin yaradılması ideyasını dəstəkləyib.
Trend-in məlumatına görə, bu barədə "HarrisX" şirkətinin və "Hill" telekanalının birgə keçirdiyi sorğunun nəticələri göstərir.
Sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin təxminən 57 faizi hərbi-kosmik qüvvələrin yaradılmasını dəstəkləyib.
Eyni zamanda, respondentlərin 19 faizi ideyanı "çox dəstəklədiklərini", 38 faizi isə "müəyyən dərəcədə" dəstəklədiklərini bildiriblər.
Sorğuda iştirak edənlərin 17 faizi bu ideyanı qətiyyən dəstəkləmədiklərini, 25 faizi isə "müəyyən dərəcədə" dəstəkləmədiklərini bildiriblər.
Sorğu 18-19 avqust tarixlərində keçirilib. Sorğuda mindən çox amerikalı iştirak edib.