...

"Taliban" Moskvada Əfqanıstanla bağlı danışıqlarda iştirak edəcək

Dünya xəbərləri Materials 23 Avqust 2018 06:53 (UTC +04:00)
"Taliban" radikal hərəkatının nümayəndələri Rusiya tərəfindən Əfqanıstanla bağlı təşkil olunan danışıqlarda iştirak etməyə razılıq verib.
"Taliban" Moskvada Əfqanıstanla bağlı danışıqlarda iştirak edəcək

Bakı. Tural Turan - Trend:

"Taliban" radikal hərəkatının nümayəndələri Rusiya tərəfindən Əfqanıstanla bağlı təşkil olunan danışıqlarda iştirak etməyə razılıq verib. Trend-in məlumatına görə, bunu hərəkat liderlərindən biri bildirib.

Məlumatda bildirilir ki, hərəkatın yüksək rütbəli 4 komandiri sentyabrda keçiriləcək danışıqlarda iştirak edə bilər.

Xatırladaq ki, Əfqanıstan XİN-i rəsmi Kabilin Moskvada Əfqanıstan barədə keçiriləcək görüşdə iştirak etməyəcəyi barədə məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti