...

Çində yanğın nəticəsində 19 nəfərin öldüyü otelin sahibi həbs edilib

Dünya xəbərləri Materials 25 Avqust 2018 20:13 (UTC +04:00)
Çinin Xarbin şəhərində yanğın nəticəsində 19 nəfərin öldüyü otelin sahibi həbs edilib
Çində yanğın nəticəsində 19 nəfərin öldüyü otelin sahibi həbs edilib

Bakı. Trend:

Çinin Xarbin şəhərində yanğın nəticəsində 19 nəfərin öldüyü otelin sahibi həbs edilib.

Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsindən bildiriblər.

Polis idarəsinin yaydığı məlumatda deyilir: "Hazırda yanğın baş verən mehmanxananın hüquqi nümayəndəsi - Çjan soyadlı 46 yaşlı kişi - səhlənkarlıq üzrə cinayət törətməkdə şübhəli bilinərək həbs olunub. İstintaq davam edir".

Qeyd edək ki, mehmanxanada baş verən yanğın nəticəsində 19 nəfər həlak olbu, 23 nəfər isə xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti