Bakı. Trend:
Rusiyanın Oryol şəhərində göyərçinlərin kütləvi tələfatı baş verib.
Trend-in məlumatına görə, bu barədə şəhər sakinləri Oryol vilayətinin ekoloji təhlükəsizlik xidmətinə müraciət edib.
Qeyd olunur ki, çoxlu sayda göyərçin cəsədi şəhərin mərkəzindəki meydanda aşkar olunub.
Sakinlər göyərçinlərin zəhərlənmə ehtimalı olduğunu bildirib.
Hazırda quşların ölüm səbəbi araşdırılır.