...

Türkiyədə kütləvi zəhərlənmə - Hovuz xlorla təmizləndikədn sonra

Dünya xəbərləri Materials 8 Oktyabr 2018 09:41 (UTC +04:00)
Türkiyənin Qaziantep vilayətində kütləvi zəhərlənmə baş verib.
Türkiyədə kütləvi zəhərlənmə - Hovuz xlorla təmizləndikədn sonra

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Qaziantep vilayətində kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, 32 nəfər xlordan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə idman komplekslərindən birində hovuz dezinfeksiya edildikdən sonra baş verib.

Zəhərlənən şəxslərdən 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, sonuncu dəfə Türkiyədə may ayında kütləvi zəhərlənmə faktı qeydə alınmışdı, həmin vaxt 81 hərbçi zəhərlənmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti