Bakı. Tural Turan - Trend:
Braziliyanın Ali Seçki Məhkəməsi bazar günü keçirilən prezident seçkilərinin birinci turunun nəticələri hesablayıb. Trend-in məlumatına görə, sağçı Sosil-liberal partiyasından olan namizəd Jair Bolsonaro səslərin 46% qazanıb, ən yaxın izləyicisi solçu Fernando Addad isə cəmi 29% səs toplaya bilib. Hər iki namizəd 29 oktyabrda keçiriləcək seçkilərin ikinci turuna keçib.
Xatırladaq ki, bazar günü Braziliyada keçirilən ümumi səsvermədə vətəndaşlar prezident, qubernator və parlament üzvlərini seçirdilər.