Bakı. Trend:
Haitidə oktyabrın 6-sı baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Trend-in məlumatına görə, təbii fəlakət 17 nəfərin ölümünə səbəb olub. Bundan əlavə, zəlzələ nəticəsində 2280 evə zərər dəyib, 168-i isə dağılıb.
Qeyd edək ki, daha əvvək 15 nəfərin öldüyü, 333 nəfərin xəsarət aldığı bildirilirdi.
Xatırladaq ki, oktyabrın 6-sı Haiti sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Ti Por-de-Pe yaşayış məntəqəsindən 20 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.