Bakı. Rufiz Hafizoğlu – Trend:
Aralıq dənizində, Türkiyənin İzmir vilayəti sahillərində qeyri-leqal miqrantların olduğu qayıq batıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 30 nəfər itkin düşüb.
Hələlik 4 nəfərin meyiti tapılıb.
Hazırda digər itki düşənlərin axtarışları aparılır.