...

ABŞ Türkiyədən səudiyyəli jurnalistin itkin düşməsi ilə bağlı iş üzrə məlumatları istəyib

Dünya xəbərləri Materials 17 Oktyabr 2018 23:25 (UTC +04:00)
ABŞ Türkiyədən səudiyyəli jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı xüsusi xidmətlərdə olan audio və video məlumatları istəyib
ABŞ Türkiyədən səudiyyəli jurnalistin itkin düşməsi ilə bağlı iş üzrə məlumatları istəyib

Bakı. Trend:

ABŞ Türkiyədən səudiyyəli jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı xüsusi xidmətlərdə olan audio və video məlumatları istəyib.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə öz kabinetinin iclası zamanı bildirib.

D.Tramp jurnalistlərin audio və video materialların Türkiyədən istənilməsi ilə bağlı suallarına cavab olaraq deyib: "Bəli, biz onlardan bunu istəmişik, əgər bu mövcuddusa <...> Yəqin ki, mövcuddur".

ABŞ prezidenti vurğulayıb ki, dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı və Türkiyəyə səfərindən sonra bu işlə bağlı ona "tam hesabatı" təqdim edəcək: "Bu mənim [dövlət katibinə] verəcəyim ilk sual olacaq [audio və video materiallar haqqında]".

D.Tramp qeyd edib ki, səudiyyəli jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı aparılan araşdırmanın nəticələri həftənin sonuna qədər məlum olacaq.

Xatırladaq ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Lakin bundan sonra onun harada olduğu barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti