Bakı. Trend:
Kamçatka sahilərində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 240 kilometr aralıda, ocağı isə 44 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb.