Bakı. Trend:
Rusiyanın Yekaterinburq şəhərində 16 mərtəbəli binada yanğın baş verib.
Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata əsasən, ilk öncə binanın 9-11-ci mərtəbələri, daha sonra 12-ci mərtəbəsi yanmağa başlayıb.
İlkin məlumata əsasən, 100-dən çox sakin təxliyə olunub. Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə yerində 15 ədəd yanğınsöndürən texnika və 47 yanğınsöndürən çalışır.
Yanğının səbəbləri araşdırılır.