...

Lyuis Hemilton "Formula-1"in beşqat çempionu oldu

Dünya xəbərləri Materials 29 Oktyabr 2018 03:29 (UTC +04:00)
Britaniyalı pilot, "Mercedes" komandasının üzvü Lyuis Hemilton vaxtından əvvəl "Formula-1" yarışlarının 2018-ci il mövsümünün qalibi adını qazanıb.
Lyuis Hemilton "Formula-1"in beşqat çempionu oldu

Bakı. Trend:

Britaniyalı pilot, "Mercedes" komandasının üzvü Lyuis Hemilton vaxtından əvvəl "Formula-1" yarışlarının 2018-ci il mövsümünün qalibi adını qazanıb.

Trend-in məlumatına görə, bu adı Hemilton Meksika Qran-Prisinin nəticələrinə əsasən qazanıb. O, onun ən yaxın izləyicisi almaniyalı Sebastyan Fettel ("Ferrari" komandası) üçün əlçatmaz olub.

Meksikada Fettel ikinci olub, Hemilton finiş xəttinə dördüncü çatıb. Məhz bu nəticə Hemiltona vaxtından əvvəl çempion olmaq üçün xal fərqini qoruyub saxlamağa imkan verdi.

Qeyd edək ki, Meksikada Qran-Prisinin qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen olub.

Xatırladaq ki, Hemilton daha öncə 2008, 2014, 2015 və 2017-ci illərdə yarışmanın qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti