...

"Audi" 6,7 minə yaxın avtomobili geri çağırır

Dünya xəbərləri Materials 1 Noyabr 2018 15:17 (UTC +04:00)
"Volkswagen Group Rus" şirkəti Rusiyada 6,7 minə yaxın "Audi" markalı avtomobili geri çağırıb
"Audi" 6,7 minə yaxın avtomobili geri çağırır

Bakı. Trend:

"Volkswagen Group Rus" şirkəti Rusiyada 6,7 minə yaxın "Audi" markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar soyuducu maye nasosunda qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, bu qüsur bəzi hallarda qurğuların əriməsinə səbəb ola bilər.

Qeyd edək ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q6 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti