...

Nazir: Türkiyə İrana qarşı sanksiyalara əməl etməkdən bir müddətlik azad edilmiş 8 ölkənin siyahısına salına bilər

Dünya xəbərləri Materials 3 Noyabr 2018 04:19 (UTC +04:00)

Bakı. Əli Qasımov - Trend:

Türkiyə İrana qarşı sanksiyalara əməl etməkdən bir müddətlik azad edilmiş 8 ölkənin siyahısına salına bilər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz jurnalistlərə bildirib.

F.Dönməz deyib: "Bizə daxil olan məlumata görə, Türkiyə istisnalar edilmiş ölkələrin siyahısındadır. Lakin təfərrüatlar barədə hələlik məlumatımız yoxdur".

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo ötən gün bildirib ki, ABŞ noyabrən 5-də İrana qarşı sanksiyalara əməl etməkdən bir müddətlik azad edilmiş 8 ölkənin siyahısını dərc edəcək. M.Pompeo qeyd edib ki, bu cür istisna Avropa İttifaqı üçün edilməyib.

Daha sonra ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Dövlət Departamentində keçirilən brifinqdə bildirib ki, 8 ölkə İrana qarşı sanksiyalara əməl etməkdən 180 gün müddətinə azad ediləcəklər və onların bu müddəti uzatmaq imkanı olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti