...

Somalidə terror aktı nəticəsində ölənlərin sayı 50-yə çatıb

Dünya xəbərləri Materials 10 Noyabr 2018 19:15 (UTC +04:00)

Bakı. Trend:

Ötən gün Somalinin paytaxtı Moqadişoda baş verən 3 partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi polis və tibb xidmətlərinə istinadən xəbər verir.

Bildirilir ki, partlayışlar 58 nəfərin xəsarət almasına səbəb olub: "Dağıntılar altından yenidən meyitlər tapılıb, həlak olanların sayı hazırda 50 nəfər təşkil edir. Dağıntılar altında insanların qalması barədə hazırda məluamtımız yoxdur, lakin biz bütün qüvvəmizlə itkin düşənləri axtarırıq".

Xatırladaq ki, ötən gün terrorçular partlayıcı maddələrlə dolu 3 avtomobili Moqadişonun mərkəzində yerləşən otelin binası yaxınlığında partladıblar. Partlayışlara görə məsuliyyəti "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti