...

İndoneziyada torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 11 Noyabr 2018 12:16 (UTC +04:00)
İndoneziyanın Şimali Sumatra vilayətində torpaq sürüşmələri nəticəsində 7 nəfər həlak olub.
İndoneziyada torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub

Bakı. Trend:

İndoneziyanın Şimali Sumatra vilayətində torpaq sürüşmələri nəticəsində 7 nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Agentliyin rəhbəri Riadil Ahir Lubis bildirib.

Onun sözlərinə görə, sürüşmə şənbə günü Cənubi Nias dairəsində 100 metr hürdürlüyü olan təpədə baş verib: "Sürüşməyə səbəb leysan yağışlar olub, torpaq və dağ axını içində 7 nəfər olduğu evin üstünə uçub. 7 nəfərin hamısı ölüb".

Qeyd olunur ki, digər sakinlər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti