...

Çavuşoğlu: Yaxın zamanlarda Avropada vəziyyət II Dünya müharibəsindən əvvəlki dövrü xatırladacaq

Dünya xəbərləri Materials 13 Noyabr 2018 15:42 (UTC +04:00)
Avropa öz gələcəyi üçün böyük təhdid doğuran islamofobiyadan əl çəkməlidir
Çavuşoğlu: Yaxın zamanlarda Avropada vəziyyət II Dünya müharibəsindən əvvəlki dövrü xatırladacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Avropa öz gələcəyi üçün böyük təhdid doğuran islamofobiyadan əl çəkməlidir.

Trend-in məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, əgər bu, baş verməsə, yaxın zamanlarda Avropadakı vəziyyət İkinci Dünya müharibəsindən əvvəlki dövrü xatırladacaq.

Nazirin sözlərinə görə, Avropada mədəniyyətlərarası dialoqu bərpa etmək lazımdır.

M.Çavuşoğlu həmçinin əlavə edib ki, Türkiyə regionda sülhün təmin olunması prosesində vacib iştirakçılardan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti