...

ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Noyabr 2018 06:29 (UTC +04:00)
Hadisə şənbə günü baş verib
ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb

Bakı. Tural Turan - Trend:

ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb. Trend-in məlumatına görə, hadisə Virciniya ştatında şənbə günü baş verib.

North American P-51 Mustang qırıcı təyyarəsi avtomobil dayanacağına düşüb. Göyərtədə iki nəfərin olduğu və hər ikisinin dünyasını dəyişdiyi bildirilir.

Hadisənin səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti