...

Kabildə partlayış baş verib: 10 ölü, 19 yaralı

Dünya xəbərləri Materials 29 Noyabr 2018 01:17 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə təhlükəsizlik qüvvələrinin hazırlığı mərkəzinin yaxınlığında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 10 nəfər həlak olub, 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, təhlükəsizlik qüvvələrinin hazırlığı mərkəzinin yaxınlığında partayıcı maddə ilə doldurulmuş avtomobil partladılıb. Daha sonra partlayış baş verən yerdə atışma səsləri eşidilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti