Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbulun Atatürk hava limanında iki təyyarə eniş edə bilməyib.
Trend-in məlumatına görə, buna aeroport üzərində hava hərəkətinin sıxlığı səbəb olub.
Qeyd olunur ki, Trabzon-İstanbul və Hamburq-İstanbul təyyarələri Atatürk hava limanına daxil ola bilməyib.
Qısa müddət sonra həmin təyyarələr eniş üçün Bursa hava limanına yönləndirilib.