...

Çində güclü yanğın: 8 ölü, 3 yaralı

Dünya xəbərləri Materials 2 Dekabr 2018 14:15 (UTC +04:00)
Çinin cənub-qərbində Kunmin şəhərində baş verən yanğın nəticəsində 8 nəfər həlak olub.
Çində güclü yanğın: 8 ölü, 3 yaralı

Bakı. Trend:

Çinin cənub-qərbində Kunmin şəhərində baş verən yanğın nəticəsində 8 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb. Yanğın yerli vaxtla gecə 02:00-da başlayıb. Yerli xilasetmə qüvvələri yanğın yerini araşdırdıqdan sonra məlum olub ki, 5 nəfər bilavasitə yanğın səbəbindən dünyasını dəyişib, 3 nəfər isə yanğından xilas olmağa çalışarkən, binanın pəncərəsindən tullanarkən ölüblər.

Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıb.

Yanğın səbəbləri məlum deyil, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti