...

Quterreş BMT-nin Qlobal Antiterror Sazişinin qüvvəyə minməsini elan edib

Dünya xəbərləri Materials 7 Dekabr 2018 03:53 (UTC +04:00)
BMT-nin Qlobal Antiterror Sazişinnin qüvvəyə minməsi Təşkilatın islahatının mühüm hissəsi olub
Quterreş BMT-nin Qlobal Antiterror Sazişinin qüvvəyə minməsini elan edib

Bakı. Trend:

BMT-nin Qlobal Antiterror Sazişinnin qüvvəyə minməsi Təşkilatın islahatının mühüm hissəsi olub.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş sənədin implementasiyasının başlamasına həsr olunmuş iclasda deyib.

Baş katib bildirib ki, saziş ölkələrin terrorizmə qarşı birgə fəaliyyətini daha səmərəli etməyə kömək edəcək: "Mən vəzifəyə başlayanda mənim əsas məqsədim antiterror arxitekturasının islahatı,"dünya üçün diplomatiya" adlandırdığım yanaşmanın tətbiqi idi".

A.Quterreş vurğulayıb ki, sazişin fəaliyyətinə BMT-nin Terrorizmə qarşı İdarəsi (TQİ) nəzarət edəcək: "TQİ strateji rəhbərliyi təmin edir. Mən İdarənin rəhbəri Vladimir Voronkova çox minnətdaram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti