Bakı. Tural Turan - Trend:
Moskva hava limanlarında 13 reysin ləğv olunduğu bildirilir.
Trend-in məlumatına görə, Moskvada dünən yolların buz bağlaması, güclü qar və havanın temperaturu -3 təşkil edib.
Bu səbəbdən Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında bəzi reyslər ya təxirə salınıb, ya da ləğv edilib.