Bakı. Trend:
Fransanın paytaxtı Parisdə 300-ə yaxın miqrant "Comedie Francaise" teatrına girməyə çalışıb.
Trend-in məlumatına görə, miqrantlar teatrın rəhbərindən onları ölkənin daxili işlər naziri Kristofer Kastaner ilə görüştürmələrini təşkil etməsini istəmək üçün teatra daxil olmağa çalışıblar.
Bildirilir ki, insident yerli vaxtla saat 21:00-da baş verib.
Miqrantların ilk cəhdinin qarşısını teatrın mühafizəçiləri alıb. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.