...

İranda məktəb yandı, 3 məktəbli öldü

Dünya xəbərləri Materials 18 Dekabr 2018 16:10 (UTC +04:00)
İranın Sistan və Bəluçestan vilayətində orta məktəbdə yanğın baş verib.
İranda məktəb yandı, 3 məktəbli öldü

Bakı. Elnur Bağışov - Trend:

İranın Sistan və Bəluçestan vilayətində orta məktəbdə yanğın baş verib. Nəticədə 3 məktəbli həlak olub, biri isə ağır yanıq xəsarəti alıb.

Trend-in məlumatına görə, İranın Sistan və Bəluçestan vilayətinin Təlim-Tərbiyə İdarəsinin baş direktoru Əlirza Nəxəi deyib ki, hadisə qızlar məktəbində baş verib.

Yanğına sinif otaqlarından birini qızdırmaq üçün istifadə edilən neft çırağının səbəb olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti