...

Türkiyə HHQ İraqın şimalında 2 PKK terrorçusunu məhv edib

Dünya xəbərləri Materials 23 Dekabr 2018 07:13 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 2 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.

Bildirilir ki, məhv edilən terrorçular Türkiyənin hərbi bazalarına hücumlar hazırlayırmışlar.

Xəbər lenti

Xəbər lenti