Bakı. Trend:
Rusiyanın Perm vilayətində xilasedicilər qəza nəticəsində mədəndə qalan 9 mədənçidən 8-nin meyiti aşkar edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Perm vilayəti hökümətinin mətbuat xidmətindən bildiriblər.
Mətbuat xidmətindən deyiblər: "Xilasedicilər birinci səviyyədə 2 meyit, ikinci və üçüncü səviyyədə 6 meyit aşkar ediblər".
Qeyd edilir ki, xilasedicilərdən ibarət qrup 9-çu mədənçinin axtarışı üçün mədənə enməyə başlayıb: "Növbəti xilasedicilərdən ibarət qrup artıq enir, 170 metr keçilib".
Mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, 9-cu mədənçinin digər mədənçilərin aşkarlandığı yerdə olması ehtimal edilir.
Qeyd edək ki, dekabrın 22-si Moskva vaxtıı ilə saat 10:04-də "Uralkaliy" mədənində tüstüləmə başlayıb. Ümumilikdə şaxtada 17 işçi olub. Onlardan 8-i mədəndən çıxıb və xəsarət almayıb.