...

Ankarada qar elə yağdı, dərslər dayandı...

Dünya xəbərləri Materials 26 Dekabr 2018 09:26 (UTC +04:00)
Ankara və Türkiyənin bir sıra vilayətlərində yağan güclü qar səbəbindən məktəblərdə dərslər dayandırılıb.
Ankarada qar elə yağdı, dərslər dayandı...

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankara və Türkiyənin bir sıra vilayətlərində yağan güclü qar səbəbindən məktəblərdə dərslər dayandırılıb. Trend-in məlumatına görə, paytaxtla yanaşı, Sivas, Konya, Eskişəhər və Amasya vilayətlərində məktəblərdə məcburi tətil elan edilib.

Qarlı hava səbəbindən yolların buz bağlaması qəzalara yol açıb. Bu gün səhər saatlarında Ankarada sərnişin avtobusu aşıb və ilkin məlumatlara görə, 20 nəfər yaralanıb, 3 nəfər ölüb.

Artıq ötən gündən başlayaraq İstanbula da qar yağmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti