...

Türkiyədə yenə ƏMƏLİYYAT - 100-dən çox keçmiş hərbçi saxlanıldı

Dünya xəbərləri Materials 11 Yanvar 2019 13:30 (UTC +04:00)
Türkiyədə “FETÖ” terror təşkilatına qarşı keçirilmiş növbəti xüsusi əməliyyatlar çərçivəsində 102 keçmiş hərbçi saxlanılıb
Türkiyədə yenə ƏMƏLİYYAT - 100-dən çox keçmiş hərbçi saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə “FETÖ” terror təşkilatına qarşı keçirilmiş növbəti xüsusi əməliyyatlar çərçivəsində 102 keçmiş hərbçi saxlanılıb.

Trend-in məlumatına görə, Adanada keçirilmiş əməliyyat zamanı 52 nəfər, İstanbulda isə 50 nəfər saxlanılıb.

Qeyd olunur ki, hərmin hərbçilər "FETÖ" ilə sıx əlaqədə olub və müxtəlif hərbi hissələrlə bağlı məlumatları təşkilatın digər mənsublarına ötürüb.

Xatırladaq ki, daha əvvəl keçirilmiş əməliyyatlar zamanı İstanbulda 103, Ankarada 188 hərbçi saxlanılmışdı.

Ümumilikdə "FETÖ" terror təşkilatı ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən 15 mindən çox hərbi qulluqçu azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti