...

Tehranda 100 çoxmərtəbəli bina zəlzələ riski olan ərazidə yerləşir

Dünya xəbərləri Materials 15 Yanvar 2019 19:45 (UTC +04:00)
İranın paytaxtı Tehranda bir çox xəstəxana və yaşayış binaları təhlükə altındadır.
Tehranda 100 çoxmərtəbəli bina zəlzələ riski olan ərazidə yerləşir

Bakı. Elnur Bağışov - Trend:

İranın paytaxtı Tehranda bir çox xəstəxana və yaşayış binaları təhlükə altındadır.

Trend-in məlumatına görə, İranın yol və şəhərsalma nazirinin müavini Məhəmməd Şəkərçizadə deyib ki, Tehranda 5 xəstəxana və 12 mərtəbəli 100 bina seysmik zolaqda tikilib.

M.Şəkərçizadə əlavə edib ki, hazırda xəstəxanalar və onların strukturunun möhkəmləndirilməsi qəbul olunan səviyyədə deyil, Yol və Şəhərsalma Nazirliyinin Araşdırmalar Mərkəzi indiyədək bu barədə bir neçə dəfə xəbərdarlıq edib.

Nazir müavininin sözlərinə görə, Tehran şəhərinin 626 kvadratkilometrlik ərazisinin 75 kvadratkilometri seysmik zolaqda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti