...

Filippində kilsənin ardınca məscid də partladıldı

Dünya xəbərləri Materials 30 Yanvar 2019 13:05 (UTC +04:00)
Filipppinin Mindanao adasında məsciddə partlayış baş verib
Filippində kilsənin ardınca məscid də partladıldı

Bakı. Trend:

Filippinin Mindanao adasında məsciddə partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

Qeyd olunur ki, dini icma rəhbərləri məsciddə olarkən naməlum şəxs oraya qumbara atıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, bir neçə gün əvvəl Filippində kilsələrin birində törədilmiş partlayış nəticəsində 20 nəfər həlak olmuş, 111 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti