...

Türkiyədə turizmlə bağlı yeni qurum yaradılır

Dünya xəbərləri Materials 31 Yanvar 2019 22:00 (UTC +04:00)
Bu il Türkiyədə Turizmin İnkişafı Fondu yaradılacaq.
Türkiyədə turizmlə bağlı yeni qurum yaradılır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bu il Türkiyədə Turizmin İnkişafı Fondu yaradılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy deyib.

M.Ersoy bildirib ki, fondun yaradılması ölkədə turizmin daha da inkişafına kömək edəcək.

Nazir vurğulayıb ki, Türkiyənin məqsədi turist axınını 2023-cü ilədək 70 milyon nəfərə qədər artırmaqdır:

"Türkiyədə turist axınının artırılması üçün nəhəng potensial var. 2019-cu ilin proqnozuna əsasən, Türkiyəyə 45 milyondan çox turist gələcək".

Qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə 37,5 milyon turist səfər edib. Bu, əvvəlki ilin analoji dövrünün göstəricisindən 22,25 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti