...

Ekspert: Paşinyan və komandası Ermənistanı dövlətçiliyin itirilməsinə aparır

Dünya xəbərləri Materials 13 Fevral 2019 14:29 (UTC +04:00)
Paşinyan və komandası Ermənistanı dövlətçiliyin itirilməsinə aparır.
Ekspert: Paşinyan və komandası Ermənistanı dövlətçiliyin itirilməsinə aparır

Bakı. Trend:

Ermənistanda hakimiyyəti ələ keçirən Nikol Paşinyan öz fəaliyyəti ilə məqsədyönlü şəkildə və "naməlum qüvvələr"in diktəsi ilə təkcə Ermənistan-Rusiya münasibətlərini deyil, respublikanın təhlükəsizliyini və dövlətçiliyi də zərbə altına qoyur.

Trend-in məlumatına görə, bunu Ermənistan parlamentinin sabiq deputatı, "Konstitusiya hüququ" Birliyinin sədri Ayk Babuhanyan deyib.

O bildirib ki, "narıncı" çevrilişdən sonra hakimiyyətə həm şüurlu, həm də şüursuz səviyyədə anti-Rusiya mövqeli insanlar gəlib:

"Bu gün həmin insanlar hakimiyyətdədir və biz bunun ilk nəticəsini görürük. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüfuzuna və işinə zərbə vurulduğunu, həmçinin Qazaxıstan və Belarusla münasibətlərdə enişi görürük. Düşünürəm ki, bütün bunlar bu münasibətlərə, təşkilatın özünə zərər vurmaq məqsədi güdür".

Ekspert qeyd edib ki, N.Paşinyanın hakimiyyətdə olduğu dövrdə iqtisadi əlaqələr də zərər görüb: "Aydındır ki, bu insanlar ölkəyə, xalqa görə məsuliyyət daşımağa hazır deyillər".

A.Babuhanyan vurğulayıb ki, N.Paşinyanın bəyanatları boş sözlərdən ibarətdir və heç bir əsası yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti