...

Brisben hava limanının təxliyə edilməsinə səbəb olan şəxsə qarşı ittiham irəli sürülüb

Dünya xəbərləri Materials 3 Fevral 2019 15:56 (UTC +04:00)
Avstraliyanın Kvinslend ştatının polisi ötən gün Brisben hava limanının təxliyə edilməsinə səbəb olan şəxsə qarşı ittiham irəli sürüb
Brisben hava limanının təxliyə edilməsinə səbəb olan şəxsə qarşı ittiham irəli sürülüb

Bakı. Trend:

Avstraliyanın Kvinslend ştatının polisi ötən gün Brisben hava limanının təxliyə edilməsinə səbəb olan şəxsə qarşı ittiham irəli sürüb.

Trend-in məlumatına görə, 50-yaşlı kişi polisə qarşı müqavimət göstərməkdə, soyuq silahla təqib etməkdə və yanlış ifadə verməkdə ittiham edilir.

Qeyd edilir ki, ittiham olunan şəxs fevralın 4-ü Brisben məhkəməsinə çıxarılacaq.

Qeyd edək ki, ötən gün Brisben şəhərinin hava limanı fövqəladə vəziyyət ilə əlaqədar təxliyə edilib. "9news" portalının məlumatına əsasən, hava limanının terminalında əlində bıçaq olan şəxs olub. Həmçinin partlayış təhlükəsinin olduğuda bildirilib.

Polisin məlumatına əsasən, əlində bıçaq olan şəxs hava limanında tanıdığı bir qadına təqib edirmiş. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları hava limanında şübhəli qurğu aşkarladıqdan sonra insanların təxliyəsi başayıb. Daha sonra qurğunun təhlükəli olmadığı məlum olub.

Xəbər lenti

Xəbər lenti