...

Ohayoda atışma baş verib, polis əməkdaşı həlak olub

Dünya xəbərləri Materials 3 Fevral 2019 18:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Ohayo ştatında cinayətkar və polis əməkdaşları arasında atışma baş verib.

Trend-in "ABC" telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində azı 1 polis əməkdaşı həlak olub, bir polis əməkdaşı isə yaralanıb.

Bildirilir ki, cinayətkar yaşayış evində gizlənib. Evin ətrafı mühasirəyə alınıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti