...

Suriyada PARTLAYIŞ - 15 ölü, çoxsaylı yaralı var

Dünya xəbərləri Materials 21 Fevral 2019 19:31 (UTC +04:00)
Suriyanın Deyr-əz-Zor əyalətində güclü partlayış olub.
Suriyada PARTLAYIŞ - 15 ölü, çoxsaylı yaralı var

Bakı. Trend:

Suriyanın Deyr-əz-Zor əyalətində güclü partlayış olub. Trend-in məlumatına görə, partlayış yaşayış məntəqələrinin birində baş verib.

Törədilmiş partlayış nəticəsində azı 15 nəfərin həlak olduğu bildirilir. Çoxsaylı yaralılar da olduğu qeyd edilir.

İlkin məlumata görə, hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən qruplaşma olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti