...

Putin və Netanyahu Suriyadakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edəcəklər

Dünya xəbərləri Materials 27 Fevral 2019 04:19 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu arasında bu gün görüş keçiriləcək
Putin və Netanyahu Suriyadakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edəcəklər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu arasında bu gün görüş keçiriləcək.

Trend-in Kremlə istinadən verdiyi məlumata görə, tərəflər görüş zamanı bölgədəki, o cümlədən Suriyadakı vəziyyəti, Rusiya və İsrail arasında ikitərəfli münasibətlərin problemlərini müzakirə edəcəklər.

Kremlin məlumatında deyilir: "İkitərəfli əməkdaşlığın, əsasən ticarət, iqtisadi və humanitar sahələrdə aktual məsələlərini müzakirə etmək planlaşdırılır. Bundan əlavə Yaxın Şərqdəki mövcud vəziyyət, Fələstin-İsrail münaqişəsinin həlli və Suriyadakı vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti