Bakı. Trend:
ABŞ Suriyada nəqliyyat dəstələrini "Rukban" düşərgəsində qaçqınları çıxarmaq üçün "Ət-Tanf" zonasının ərazisinə buraxmaqdan imtına edib.
Trend-in məlumatına görə, bunu Rusiyanın Suriyada müharibə aparan tərəflərin barışıq mərkəzinin rəhbəri general-leytenant Sergey Solomatin brifinq zamanı deyib.
Onu sözlərinə görə, Vaşinqton bu qərarı Suriya hakimiyyətinin qaçqınların daimi yaşayış yerlərinə aparılması üçün bütün tədbirlərin uğurla həyata keçirməsinə baxmayaraq verib.
Daha öncə Rusiya "Rukdan"a avtobuslar göndərib. Ancaq Amerika tərəfi humanitar dəstənin təhlükəsizlik şəraitində hərəkət üçün heç bir zəmanət verməyib.
Rus hərbçilərinin məlumatına görə, "Rukban"da 42 minə yaxın qaçqın yaşayır. BMT və Qızıl Ayparanın apardığı sorğuya əsasən, onların təxminən 83 faizi evə qayıtmaq istəyir.