...

Əfqanıstanda daşqınlar nəticəsində azı 20 nəfər ölüb

Dünya xəbərləri Materials 3 Mart 2019 19:20 (UTC +04:00)
Əfqanıstanın cənubunda Qəndahar əyalətində baş verən daşqınlar nəticəsində azı 20 nəfər həlak olub.
Əfqanıstanda daşqınlar nəticəsində azı 20 nəfər ölüb

Bakı. Tural Turan - Trend:

Əfqanıstanın cənubunda Qəndahar əyalətində baş verən daşqınlar nəticəsində azı 20 nəfər həlak olub. Trend-in məlumatına görə, daşqın nəticəsində Qəndahar şəhərinin bir hissəsini və həmçinin ətraf rayonları su basıb.

“Uşaqlar da daxil olmaqla azı 10 nəfər itkin düşüb. 2 minə yaxın evə ziyan dəyib”, - deyə Qəndahar əyalətinin qubernator müavini bildirib.

Qeyd edilir ki, daşqın son 7 il ərzində ən güclü daşqındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti