...

Ceff Bezos dünyanın ən varlı adamı reytinqində liderliyi qoruyub

Dünya xəbərləri Materials 4 Mart 2019 22:36 (UTC +04:00)
"Amazon" onlayn-mağazasının yaradıcısı milyarder Ceff Bezos "Forbes" jurnalının illik dünyanın ən varlı insanlarını əks etdirən reytinqində lider mövqeyini qoruyub.
Ceff Bezos dünyanın ən varlı adamı reytinqində liderliyi qoruyub

Bakı. Trend:

"Amazon" onlayn-mağazasının yaradıcısı milyarder Ceff Bezos "Forbes" jurnalının illik dünyanın ən varlı insanlarını əks etdirən reytinqində lider mövqeyini qoruyub.

Trend-in məlumatına görə, Bezos bir ilə sərvətini 19 milyard dollar artırıb.

Hal-hazırda Bezosun var-dövləti 131 milyard dollar təşkil edir (ötən il - 112 miyard dollar).

Xatırladaq ki, Bezos 2018-ci ilin mart ayında daha öncə reytinqə başçılıq edən "Microsoft"un yaradıcısı Bill Geytsi ötərək birinci pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti