...

Barselonada polislərə bıçaqla hücum etməyə çalışan şəxs saxlanılıb

Dünya xəbərləri Materials 6 Mart 2019 23:00 (UTC +04:00)
Kataloniya polisi (Mossos d'Esquadra) bir neçə polis əməkdaşına bıçaqla hücum etməyə çalışan şəxsi saxlayıb
Barselonada polislərə bıçaqla hücum etməyə çalışan şəxs saxlanılıb

Bakı. Trend:

Kataloniya polisi (Mossos d'Esquadra) bir neçə polis əməkdaşına bıçaqla hücum etməyə çalışan şəxsi saxlayıb.

Trend-in məlumatına görə, insident patrul maşınının əlində bıçaq olan kişini görməsindən sonra başlayıb. Polis əməkdaşı kişiyə yaxınlaşmaq istəyən zaman o hücum etməyə çalışıb və sonra qaçıb.

Məlumata əsasən, silahlı şəxs tapıldıqdan sonra bir daha polis əməkdaşlarına hücum etməyə çalışıb. İnsident nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları xəsarət almayıblar. Hücum edən şəxs saxlanılıb.

Xəbər lenti

Xəbər lenti